USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıya Türkiyədən 300 avtobus gətirilir

23.09.2019 İqtisadiyyat
0 0
Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətirilməkdədir.

"Kommersant.az" xəbər verir ki, bu, Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq",- Agentliyin məlumatında deyilir.

Qeyd edək ki, 300 avtobus Türkiyənin "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkətindən alınıb.

Ötən ilin Noyabr ayında Bakı Nəqliyyat Agentliyi (BNA) "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkəti ilə 300 ədəd avtobusun alınması üçün 141 milyon 801 min 180 manat məbləğində müqavilə bağlayıb. /Marja

  • Əvvəlki

    Nazirlik bu tikint şirkətindən mənzil aldı - SİYAHI

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0