USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

11.10.2019 İqtisadiyyat
0 0
Aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 13-dən 14-nə keçən gecədən Bakının Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Kommersant.az" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət 3-4 gün qüvvədə olacaq. Bu müddətdə sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik", - deyə qurum bəyan edib.

  • Əvvəlki

    “Azərbaycan Dəmir Yolları” İsveçrədən daha 2 elektrik sürət qatarı alacaq

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0