USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda bir neçə yolda rəngləmə işləri aparılacaq

15.10.2019 İqtisadiyyat
0 0
Bakıda bir neçə yolda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək üfüqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Kommersant.az"a verilən xəbərə görə, rəngləmə işləri Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarını, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsini, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsini əhatə edəcək.

Sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0