USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI

17.10.2019 İqtisadiyyat
0 0
Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.

"Kommersant.az"-ın məlumatına görə, oktyabrın 29-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb.

1-3-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsinin 04 iyun 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün təkrar hərraca çıxarılır.

5-6-cı sətirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

S/N

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti
(manatla)
10% beh
(manatla)
1. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 6000 600
2. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2007 6000 600
3. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima (qəzalı) 2007 4000 400
4. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 3500 350
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Chevrolet Niva 2006 4500 450
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Chevrolet Niva 2005 6000 600
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası

Nissan Maxima

2002 6000 600
8. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Tofaş Doğan

2004 1800 180
9. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı VAZ-2107 2004 1800 180
10. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti ZİL-431412 ş-də
KC-2571 xüsusi
1989 10000 1000
  • Əvvəlki

    Prezidentdən dövlət qurumlarına xəbərdarlıq - "Orada şişirdilmiş rəqəmlər öz əksini tapır"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0