USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev: Sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilsin

17.10.2019 İqtisadiyyat
0 0
Bu il şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub.

"Kommersant.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovla görüşündə dilə gətirib.

Prezident bildirib ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilməlidir:

"O cümlədən, son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir.

Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır".

  • Əvvəlki

    Bələdiyyə seçkilərinin keçiriləcəyi tarix nə vaxt bəlli olacaq?

Digər xəbərlər