USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Texniki baxışa görə rüsum artırılıb - MƏBLƏĞ

22.10.2019 İqtisadiyyat
0 0
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılıb.

"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılıb.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılıb.

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.

  • Əvvəlki

    TANAP daha bir mükafat alıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0