2 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

05.11.2019 Nəqliyyat
Bakının Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

"Kommersant.az" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dəyişiklik aşağıdakı kimi olacaq:

3 nömrəli marşrut:
Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut:
“İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.