USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Sumqayıt yolu genişləndirilir - VİDEO

23.11.2019 İqtisadiyyat
0 0
Bakı-Sumqayıt yolunda sürücülərin səbirsizliklə gözlədiyi layihənin icrasına başlanılıb.

"Kommersant.az" "xezerxeber.az"-a istinadən xəbər verir ki, burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentiliyinin sözçüsü Anar Nəcəfli deyib ki, yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar.

Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ərazidə olan yol polisinə məxsus ekologiya postunun da yeri dəyişdiriləcək.

Qeyd edək ki, Bakı -Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün ölkə başçısı tərəfindən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinə göstəriş verilib.