USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtən metro kartlarınızı bu yolla bərpa edə bilərsiniz - TÖVSİYƏ

23.11.2019 İqtisadiyyat
0 0
Son vaxtlar "Bakı kart”ların itməsi ilə bağlı şikayətlər çoxalıb. Əgər kart itərsə və ya ələ keçirilərsə, nə etmək lazımdır?

"Bakı Kart"dan Teleqraf.com-a verilən məlumata görə kartın sahibi yükləmə qəbzi ilə birlikdə müəssisəyə müraciət etməlidir: "Yükləmə qəbzinin və şəxsiyyət vəsiqəsinin sürətini təqdim edib, ərizə yazmalıdır. Bu zaman kartın üzərində olan seriya nömrəsi qeyd olunur və kart bloklaşdırılır".

Qeyd edək ki, kart bloklaşdırıldıqdan sonra məbləğ yeni karta köçürülür.