USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AYDA-dan ödənişli yollarla bağlı yeni açıqlama

10.12.2019 İqtisadiyyat
0 0
"Azərbaycanda hazırda ödənişli alternativ yollar təcrübəsi yoxdur. Amma belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulur”.
"Kommersant.az" xəbər verir ki, bunu Modern.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O xatırladıb ki, Quba-Rusiya istiqamətində inşa olunan yeni avtomobil yolunun ödənişli olması nəzərdə tutulur:

"Bununla bağlı təklif var. Hələlik bu təklif qəbul olunmasa da, yekunlaşandan sonra ödənişli olub-olmayacağı bilinəcək.

Bu layihə qəbul olunmasa belə, gəlcəkdə başqa layihələrdə ödənişli yol məsələsinin tətbiqi mümkündür".

Qurum sözçüsü ödənişli yolun alternativ yoldan digər fərqlərini də sadalayıb:

"Ödənişli yolun daha qısa olması, rahatlığı, təhlüksəizlik baxımından əlverişliliyi və s. nəzərə alınacaq".

A.Nəcəfli Bakı şəhərinin aktual problemi olan tıxac məsələsinə də toxunub. O alternativ yolların çəkilməsinin gündəmdə olduğunu vurğulayıb:

"Bakı yarımadada yerləşdiyinə görə, bura giriş-çıxış yolları respublikanın digər regionlarından azdır. Ona görə, alternativ yolların çəkilməsi həmişə gündəmdədir və harada mümkündürsə, orada həyata keçirilir. Amma konkret olaraq, şimala və ya cənuba doğru alternativ yol hələlik yoxdur".

  • Əvvəlki

    FHN helikopterdən çəkilən görüntüləri yaydı - VİDEO

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0