USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Sumqayıt yolu tezliklə istifadəyə veriləcək - Sürücülərə şad xəbər, Video

22.02.2020 İqtisadiyyat
0 0
''Bakı-Rusiya sərhədi avtomobil yoluna altenrativ olaraq çəkilən yeni yolun 100 km lik hissəsi bu il istifadəyə veriləcək''.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bu il ərzində qurum tərəfindən görüləcək əsas işləri də açıqlayıb:

''Azərbaycanda və MDB məkanında ilk pullu yol olacaq Bakı-Rusiya Federasiyası sərhəddinə alternativ yolun bir hissəsi bu il istifadəyə veriləcək''.

Qurum rəhbəri yeni yol isitfadəyə verildikdən sonra köhnə beton yolunda əsaslı təmir ediləcəyini bildirib. Saleh Məmmədov eyni zamanda bu ilin sonuna qədər Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin və 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilib başa çatdırılacağını bildirib. O,ölkə əhəmiyyətli yollarda görüləcək işlərdən də danışıb.

Saleh Məmmədov çıxışında Bakı-Sumqayıt yolunun genişləndirilməsi işinin də bu ilin may ayının sonuna kimi başa çatdırılacağını, avtovağzalın yaxınlığından Şərifzadə küçəsi istiqamətində çəkiləcək yeni tunelin layihəsinin hazırlandığını və aidiyyatı dövlət qurumları razılaşdırma mərhələsində olduğunu bildirib. /Xəzərxəbər.az

  • Əvvəlki

    Çindən kənarda koronavirusa yoluxanların sayı 1200 nəfərə çatıb

Digər xəbərlər