USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Alitalia" uçuş cədvəllərini dəyişir

09.03.2020 İqtisadiyyat
0 0
İtaliyanın "Alitalia" aviaşirkəti hökumət tərəfindən koronavirusa görə bir sıra ərazilərə giriş və çıxışların qadağan olunması ilə əlaqədar Milan və Venesiya hava limanlarında uçuş cədvəllərinin dəyişdirildiyini bəyan edib.

"Kommersant.az"-ın məlumatına görə, daha əvvəl Baş Nazir Cuzeppe Konte 15 vilayət barədə sərəncam imzalayıb. Sərəncama əsasən bu zonanın daxilinə giriş və çıxış yalnız iş və ya sağlamlıq baxımından məcburiyyət olanda icazə verilir. Məhdudiyyətlər 16 milyondan artıq vətəndaşa şamil edilib.

Aviaşirkət martın 9-dan Milanın "Linate" aeroportunda yalnız daxili reyslər edəcəyini bildirib. Bundan əlavə, Alitalia "Malpens" aeroportunda bütün daxili və beynəlxalq uçuşlar dayandırır.

Bununla belə, aviaşirkət Venesiya və Roma arasında uçuşları davam etdirəcək.

  • Əvvəlki

    Türkiyədən Azərbaycana zərgərlik məmulatları ixracı kəskin azalıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0