USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkət Mehdi Hüseynlə Mehdi Hüseynzadəni səhv saldı

11.03.2020 İqtisadiyyat
0 0
“Xaliq Faiqoğlu” MMC-nin xidmət etdiyi 65 saylı marşrutda küçənin adı yanlış səsləndirilir.

"Kommersant.az" xəbər verir ki, dayanacağın adı "Bakıxanov küçəsi ilə Mehdi Hüseyn parkının kəsişməsi" kimi qeyd olunsa da, Bakıda elə bir park yoxdur. Paytaxtda Mehdi Hüseynzadə adına park var. Şirkət isə yanlış məlumat verir və Mehdi Hüseynlə Mehdi Hüseynzadəni qarışdırır.

Qeyd edək ki, Mehdi Hüseyn Xalq yazıçısı, Mehdi Hüseynzadə isə "Mixaylo" ləqəbli əfsanəvi partizan, Sovet İttifaqı qəhrəmanıdır.

  • Əvvəlki

    “Süni qiymət artımına yol verənlər mütləq cəzalandırılmalıdır” - Tələb

Digər xəbərlər