USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı aeroportunda nə baş verir? - AÇIQLAMA

12.03.2020 İqtisadiyyat
0 0
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının görüntüləndiyi videomateriala aydınlıq gətirib.

Hava Limanının Mətbuat Xidmətindən verilən məlumatda deyilir:

"Ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin "Ukrayna Beynəlxalq Hava Yolları"nın Kiyev-Bakı reysi ilə gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur".

Eyni zamanda qeyd edilib ki, 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbi vətəndaşdır.

  • Əvvəlki

    “Lider” TV yayımın dayanmasında nazirliyi ittiham etdi

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0