USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AAYDA-ya 850 min manat ayrıldı - SƏRƏNCAM

18.03.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev "Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamla Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 850 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Əvvəlki

    İcra başçılarına nəzarət gücləndirilir - Yeni qərar

Digər xəbərlər