USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qəsəbələrdən şəhərə ekspress xətləri təşkil oluna bilər

02.04.2020 İqtisadiyyat
0 0
“Biz əczaxanalar, karantin mərkəzləri, böyük marketləri nəzərə alaraq ekspress avtobus xətləri təşkil etmişik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

V. Kərimli deyib ki, qəsəbələrdən də şəhərə ekspress xətlərin təşkili üzərində düşünülür: "Müntəzəm xətlərin fəaliyyətində dəyişikliklər var. Bununla bağlı da ekspress xətlər fəaliyyətə başlaya bilər".

V. Kərimli qeyd edib ki, ekspress xətlər metro istifadəçiləri üçün açılıb: "Ancaq ekspress xətlər sərnişinlərin Xətai metrosundan İçərişəhər stansiyasına getməsinə görə qurulmur. Bunu da nəzərə almaq lazımdır".

  • Əvvəlki

    Operativ Qərargahdan fövqəladə vəziyyətlə bağlı - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər