USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadəyə aydınlıq gətirdi

04.04.2020 İqtisadiyyat
0 0
“Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Real" TV-nin efirində deyib.

O bildirib ki, SMS vasitəsilə verilən icazəli müddətdən sonra vətəndaşın avtomobili ilə hərəkət etməsi onun üçün zəruridirsə, buna icazə verilir:

"Qısası, avtomobil üçün əlavə icazəyə ehtiyac yoxdur. Amma burada xüsusi bir məqamı qeyd etmək istəyirəm ki, həmin şəxs avtomobilində sərnişin daşıya bilməz. Bundan əlavə, avtomobildə digər sərnişin varsa, onun da icazəsi olmalıdır. İcazə yoxdursa, o da xüsusi karantin rejiminin qaydalarını pozmuş sayılacaq və barəsində tədbirlər görüləcək".

  • Əvvəlki

    “SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq”

Digər xəbərlər