USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş Nazirdən - MÜHÜM QƏRAR

23.06.2020 İqtisadiyyat
0 0
Baş nazir Əli Əsədov torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Qərara əsasən, Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

Bununla əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-yə qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun tələblərinə uyğun olaraq, həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.