USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın bu rayonunda postlar quruldu, nəzarət gücləndirildi

10.07.2020 İqtisadiyyat
0 0
Siyəzən rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.

Polis əməkdaşları tərəfindən xidməti ərazidə xidmət aparan zaman elan edilmiş qaydaları pozaraq tibbi maskadan istifadə etməyən, eləcə də xüsusi SMS vasitəsi ilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlar da aşkarlanıb. Qayda pozan həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.

  • Əvvəlki

    İşsizlik artmağa - BAŞLAYIR

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0