USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayram günlərində avtobuslar işləyəcək? - AÇIQLAMA

29.07.2020 İqtisadiyyat
0 0
Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.

Baş Nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həftənin şənbə və bazar günü ictimai nəqliyyat fəaliyyətini dayandırır. Lakin bu həftənin cümə və növbəti həftənin bazar ertəsi bayramla əlaqədar ictimai nəqliyyatın işləyib-işləməyəcəyi ilə bağlı rəsmi qərar yoxdur.

Sözügedən tarixlərdə ictimai nəqliyyatın fəaliyyətini dayandırması yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.Qazet.az