USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Taksilərin sıradan çıxarılması avtobusların yükünü daha da artıracaq"

02.09.2020 İqtisadiyyat
0 0
"Bakı Nəqliyyat Agentliyi təmsilçisi açıqlamasında taksi qiymətinin ucuzlaşaraq az qala avtobus qiymətinə çatdığını bildirib. Deyəsən bunlar avtobus nəqliyyatını bahalaşdırmaq istəyirlər və qorxurlar ki, birdən avtobusun qiyməti taksidən də baha olsun".

"Kommersant.az"-ın xəbərinə görə, bunu iqtisadçı Samir Əliyev deyib.

"Bunlar başa düşmək istəmirlər ki, taksilər, xüsusilə də "birmanatlıq" taksilər nə qədər avtobusların yükünü azaldır. Pandemiya dövründən sərnişinlər avtobuslarda az-qala bir-birinin belində gedirlər. Taksilərin sıradan çıxarılması avtobusların yükünü daha da artıracaq. Bu gün UBER, BOLT kimi taksi xidmətləri ünvanlara gedərkən WAZE proqramını tətbiq edirlər. Bu proqramı istifadə edənlər yaxşı bilirlər ki, proqram bir qayda olaraq sürücünü tıxac olmayan yollarla ünvan başına çatdırır. Məhz bu proqram şəhərdə tıxacların azalmasında əhəmiyyətli rol oynayır, maşın yükünü boş yollara yönəldir. BNA təmsilçisi ucuz qiymətin rəqabəti pozduğunu deyirsə, onda bu qurumun niyyəti aydındır" - S.Əliyev qeyd edib.