USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İctimai nəqliyyat iki gün işləməyəcək

05.09.2020 İqtisadiyyat
0 0
Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırılır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağandır.

Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.

Bakı metrosu isə sentyabrın 15-dək işləməyəcək.

  • Əvvəlki

    Neft uculaşdı

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0
15.04.2024 İqtisadiyyat
Azərbacanda dollar bahalaşa bilər?
0 0
15.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0