USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İctimai nəqliyyat sistemi metrosuz necə işləyib?

18.09.2020 İqtisadiyyat
0 0
“Sonuncu sərt karantin rejimi vaxtı, yəni iyulun 6-sından sentyabrın 14-nə qədər Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti tam olaraq dayandırılmışdı. Bu zaman şəhərimizdə əsas sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə icra olunurdu. Təxminən 72 gün ərzində Bakı şəhərinin bütün sərnişindaşıma tələbatı müntəzəm və ekspres avtobuslarla icra olunub. Bu müddət ərzində sərnişindaşımaların təşkilinə Bakı Nəqliyyat Agentliyinin (BNA) 150 nəfərdən artıq əməkdaşı cəlb olunmuşdu”.

Bu sözləri açıqlamasında BNA-nın mətbuat katibi Mais Ağayev deyib.

"72 gün ərzində daşımaların təşkili zamanı hər hansı ciddi narahatlıq doğuran hal müşahidə olunmadı, ümumiyyətlə, sərnişinlərimizin xəsarət alması ilə nəticələnən hansısa yol-nəqliyyat hadisəsi qeydə alınmadı. 72 gün ərzində müntəzəm və ekspres xətlər üzrə 72 milyon 500 min sərnişin səfər sayı qeydə alınıb ki, bunun da təxminən 3 milyon 500 mini məhz ekspres xətlərlə icra olunub", - M.Ağayev əlavə edib.

BNA rəsmisi bildirib ki, avqust ayından sərnişin sayında artım olub:

"Ötən ayda mərhələli şəkildə karantin rejimində yumşalmalar ediləndən sonra mütəmadi olaraq sərnişin tələbatında artım müşahidə olunurdu. Hər həftə sərnişin səfər sayında yüz minə yaxın artım qeydə alınırdı. Məsələn, avqustun sonlarına yaxın gündəlik 1 milyon 600 min sərnişin səfər sayı qeydə alırdıqsa, sentyabrın əvvəlində bu rəqəm 1 milyon 900 min, sentyabrın ilk 10 günlüyündə 2 milyon sərnişin səfər sayına çatmışdı. Bunun özü də bir rekord göstərici idi. Bu 72 gün ərzində gündəlik xəttə çıxan avtobusların sayında da rekord göstərici var idi. Adi ay rejimində xətlərə maksimum 1 400 avtobus çıxardıqsa, pandemiya ilə əlaqədar gündəlik xəttə 2 260 avtobus çxıarılırdı ki, bunun özü də bir rekord göstərici idi".

© Report

  • Əvvəlki

    Azərbaycanın bu rayonunda kütləvi yoluxma

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0