USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk Hava Yolları Ankaradan Bakıya xüsusi uçuşlara başlayır

25.09.2020 İqtisadiyyat
0 0
Türk Hava Yolları (Turkish Airlines) oktyabrın 2-dən Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayacaq.

"Kommersant.az" xəbər verir ki, uçuşlar çərşənbə və cümə günü olmaqla həftədə 2 dəfə nəzərdə tutulub və "AnadoluJet" markası ilə həyata keçiriləcək.

Ankara-Bakı reysi saat 14:40-18:05-də, Bakı-Ankara reysi isə saat 19:00-20:35-də təşkil olunacaq.

Qeyd edək ki, Bakı – Ankara – Bakı reysinə bilet əldə etmək, www.anadolujet.com web səhifəsini ziyarət etmək vəya səlahiyyətli agentliklərə müraciət etməklə mümkündür.

Xatırladaq ki, "Turkish Airlines"ın İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək, oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul-Naxçıvan-İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

  • Əvvəlki

    Böyük Britaniyada 14 günlük karantin rejimini bərpa edilir

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0