USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil idxalçıları "qaza basır" - 5 ayda 7000 ədədi keçdi

20.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 7294 ədəd nəqliyyat vasitəsi idxal olunub.

"Kommersant" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 2017-ci ilin ilk 5 ayında Azərbaycanda 2657 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.

Müqayisə olunan dövrdə minik avtomobillərinin idxalı 2240 ədəddən 6464 ədədə qalxıb.

2018-ci ilin yanvar-may ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 37 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6464 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

  • Əvvəlki

    Azərbaycanın ixracı idxalını 3,5 milyard dollar üstələyib

Digər xəbərlər