USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur aviaşirkətdən sərnişinlərə COVID-19-dan peyvənd məcburiyyəti

25.11.2020 İqtisadiyyat
0 0
Avstraliyada beynəlxalq uçuşlar zamanı COVID-19 peyvəndi sərnişinlər üçün məcburiyyət halına gətiriləcək.

"Haber Global"ın məlumatına görə, bu barədə "Qantas" aivaşirkəti xəbər yayıb.

Bildirilir ki, aviaşirkət nümayəndələri sərnişinlərdən təyyarəyə minməzdən əvvəl peyvənd etdirməsini istəyəcək.

"Qantas" aviaşirkətinin nümayəndələri hazırda ölkənin digər hava limanı şirkətlərindəki həmkarları ilə bu barədə müzakirələrin getdiyini vurğulayıb.

Qeyd edək ki, pandemiya başlayandan Avstraliya beynəlxalq sərhədləri bağlayıb, ölkəyə geri qayıdanları isə karantinə alıb. Ümumilikdə ölkədə 27 843 nəfərdə koronavirus aşkarlanıb, onlardan 907 nəfəri ölüb.