USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıb

05.01.2021 İqtisadiyyat
0 0
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən fins.az-a bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.

"Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq", - deyə QSC-nin məlumatında bildirilir.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.

  • Əvvəlki

    Rusiyanın “OPEC+”un hasilatı artırmağı ideyasıyası ilə bağlı Azərbaycanın mövqeyi

Digər xəbərlər