USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillə Rusiyaya getmək daha da çətinləşəcək

15.08.2018 İqtisadiyyat
0 0
16 avqust tarixindən etibarən Bakı- Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start verilir.

"Kommersant.az" yolun Quba istiqamətində aparılacaq təmir işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları (AAY) Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.