USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil nəhəngi fermerlərə ziyan vurub - SƏBƏB

24.08.2018 İqtisadiyyat
0 0
Fantastik filmlərdə baş verə biləcəyi düşünülən bir hadisə Meksikada baş verib. Almaniyanın avtomobil nəhəngi Volkswagen-in Meksikada istifadə etdiyi hava dəyişmə texnologiyası bölgədə quraqlığın baş verməsinə səbəb olub.

"Kommersant.az" xəbər verir ki, Şirkətin avtomobil zavodunun yerləşdiyi regionda tez-tez yağan dolu, istehsaldan sonra çölə park edilən avtomobillər üçün ciddi problemlər yaradırmış. Buna görə Volkswagen, bölgəyə hava dəyişmə avadanlığı quraşdırıb. Bu avadanlıq müəyyən hava şərtlərində avtomatik şəkildə göyə şok bombaları göndərir.

Ancaq zaman keçdikcə bu vəziyyət bölgədə yağışların bitməsinə səbəb olub.

Bölgədəki fermerlərin nümayəndəsi Gerardo Perez verdiyi açıqlamada bu şok bombardmanlarına görə göy üzündəki buludların tamamilə aradan qaldığını və yağıntı əmələ gəlməsinin qarşısının alındığını deyib.

Digər tərəfdən, Volkswagen-in sözçüsü bu avadanlqların avtomatik işə düşməsini dayandırdıqlarını bildirib. Avadanlıq yalnız lazım olan vaxtlarda mexaniki rejimdə çalışacaq.


(c) Marja

  • Əvvəlki

    "Gedin məni məhkəməyə verin, uduzacaqsınız" - TİKİNTİ ŞİRKƏTİ

Digər xəbərlər