USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ

15.10.2018 İqtisadiyyat
0 0
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq etdi.

"Kommersant.az" qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı - Dairəvi avtomobil yolunun 0-14 km-də nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.