USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Uber"lə pulsuz getmək olacaq

01.11.2018 İqtisadiyyat
0 0
"Uber" taksi xidməti, istifadəçilərə sabit tarif funksiyası təqdim edib.

"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, sabit tariflər funksiyası olan "Ride Pass" sayəsində müştərilər tıxac və digər maneələrdən asılı olmayaraq, bir neçə gediş üçün xidmətdən adi tariflər üzrə yararlanacaqlar. Yeni xidmət növü hazırda yalnız Los-Anceles, Orlando, Mayami, Ostin və Denverdə əlçatandır.

Xidmətin aylıq abunə haqqı Los-Anceles və digər 4 şəhərdə 24,99 və 14,99 dollar təşkil edir.

Xatırladaq ki, "Uber"in ABŞ-da əsas rəqibi olan "Lyft" şirkəti, bundan əvvəl "Ride Pass"a oxşar abunə sistemi tətbiq etmişdi. Sistemə əsasən, müştəri aylıq 299 dollar ödəməklə, gediş haqqı 15 dollardan çox olmayan 30 pulsuz gediş haqqı qazanır.