USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Spirtli içki içib, sükan arxasına keçən SÜRÜCÜLƏRƏ - XƏBƏRDARLIQ

27.11.2018 İqtisadiyyat
0 0
“Spirtli içkinin təsiri altında sükan arxasında oturmaq inzibati xəta tərkibi yaradır”.

Bu sözləri spirtli içki içib, sükan arxasına keçən sürücülərlə bağlı açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, bununla bağlı sürücülərə ən yüksək cəza nəzərdə tutulub:

"Həkimlər bildirirlər ki, alkaqolun miqdarının 0.3 promil olmasının qorxusu yoxdur. Düz də deyilər, amma biz də deyirik ki, sükan arxasında olan sürücü hər halda diqqətli olmalı, tələblərə uyğun hərəkət etməli, spirtli içkinin təsiri altında sükan arxasında olmamalıdır. Olarsa, bu hal çox təhlükəlidir. Sərxoşluğun təyini üçün polislərdə olan cihazlar qeydiyyatdan keçmiş texniki vasitədir. Onlar ilbəil yoxlanılır və standartdan keçir. Spirtli içkinin təsiri altında olub-olmamağı yoxlamaq üçün sürücünün özünün də dediyi kifayətdir. Tibbi müayinədən keçmək o qədər də vacib deyil. Onun səmimi etirafı kifayət edir. Spirtli içki ilə bağlı tərtib edilmiş protokol bir neçə formada olur – qalıq, yüngül, orta, ağır. Bu da tibbi müayinə zamanı ortaya çıxır. Bütün əməllər qanunvericiliyin verdiyi tələblər əsasında aparılır".

Nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov isə qeyd edib ki, polisdə sərxoşluğu təyin edən cihaz olmadıqda, yaxud sürücü həmin cihazdan imtina etdikdə, bu zaman tibbi müayinədən keçməlidir:

"Sürücü tibbi müayinədən keçən zaman o qanında alkaqolun miqdarı 0.3 promildən artıq olarsa, sərxoş sayılır. Həmin sərxoşluq nə qədər içki qəbul edən zaman baş verir? Bunu heç kim deyə bilməz. Bu, həmin şəxsin orqanizmindən, içkidən sonra nə qədər müddət keçməsindən, hansı qida qəbul etməsindən, hətta metereoloji səbələrdən asılıdır. Ona görə də, bunu heç kim deyə bilmir".

mətbuat