USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya bankının Özbəkistan iqtisadiyyatı ilə bağlı maraqlı proqnozu

11.04.2019 İqtisadiyyat
0 0
Özbəkistanda ümumi daxili məhsulun artımının bu il üçün 5,1 faiz olacağını proqnozlaşdıran Dünya Bankı həmin rəqəmi yeniləyərək 5,3 faizə qaldırıb.

"Kommersant.az"-ın məlumatına görə, bankın təxmininə görə, bu rəqəm 2020-ci ildə 5,5 faiz, 2021-ci ildə isə 6 faiz səviyyəsinə çatacaq. Özbəkistan iqtisadiyyatına həsr edilmiş hesabata görə, Dünya Bankı ölkədə illik inflyasiya səviyyəsinin bu il 14,8 faiz olacağını proqnozlaşdırır. Bazar islahatlarının istehsaldakı çətinlikləri aradan qaldıracağının gözlənildiyi qeyd edilmiş hesabatda 2019-cu ildə islahatları dəstəkləmək üçün vergi yükünün azaldılması, qiymətləndirmə sistemində aparılacaq yeni islahatlar və qiymət artımları səbəbindən inflyasiya təzyiqinin 2019-2020-ci illərdə də davam edəcəyi, 2021-ci ildə isə tədricən azalacağı göstərilib.

  • Əvvəlki

    Prezident sərəncam imzaladı - 7 milyon manat ayrıldı

Digər xəbərlər