Dünya fond bazarlarının əsas indeks göstəriciləri

30.09.2019 Maliyyə
Sentyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,26% – 26 820,25 bəndədək, S&P 500 0,53% – 2 961,79 bəndədək, Nasdaq isə 1,13% – 7 939,63 bəndədək enib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında sentyabrın 27-də FTSE 100 indeksi 1,03% – 7 426,21 bəndədək, Almaniya DAX-ı 0,75% – 12 380,94 bəndədək, Fransa CAC-40 isə 0,36% – 5 640,58 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,88% azalaraq 1 505,5dollara bərabər olub.

Sentyabrın 27-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,21% artaraq 1,094 dollar təşkil edib.