Gürcüstan iqtisadiyyatı 5% artıb

30.09.2019 Maliyyə
Bu ilin avqust ayında Gürcüstanda ÜDM-in artım tempi 5,8% təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Qeyd olunub ki, cari ilin 8 ayında ölkədə ÜDM-in artım tempi 5% olub.

Cari ilin avqust ayı ərzində bu ölkədə iqtisadi artım daha çox tikinti, daşımalar, ticarət, istehsal və hotel-restoran sahələrində qeydə alınıb. Mədən sənayesi, elektrik, qaz və su təchizatı sahələrində isə azalma qeydə alınıb.