USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

24.10.2019 İqtisadiyyat
0 0
Oktyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,17% – 26 833,95 bəndədək, S&P 500 0,28% – 3 004,52 bəndədək, Nasdaq isə 0,19% – 8 119,79 bəndədək yüksəlib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında oktyabrın 23-də FTSE 100 indeksi 0,67% – 7 260,74 bəndədək, Almaniya DAX-ı 0,34% – 12 798,19 bəndədək yüksəlib, Fransa CAC-40 isə 0,08% – 5 653,44 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,61% artaraq 1 498,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,05% artaraq 1,113 dollar təşkil edib.