USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2020-ci ildə maliyyə bazarları üçün - ƏN BÖYÜK RİSKLƏR

11.11.2019 İqtisadiyyat
0 0
«Deutsche Bank» baş iqtisadçısı 2020-ci ildə maliyyə bazarları üçün ciddi təsiri olacağı gözlənilən risklərin siyahısını açıqlayıb. Siyahıda Breksit qeyri-müəyyənliyi, sərfət bərabərsizliyi, Trampın impiçmenti kimi mövzular gələn il maliyyə bazarlarını gözləyən ən byöük risklər arasındadır.

"Deutsche Bank"ın baş iqtisadçısı Torsten Slokun rəhbərliyi ilə müəyyən edilmiş siyahıda ilk onluqda rifah səviyyəsində getdikcə artan qeyri-bərabərsizlik əsaslı problemlər yer aldığı halda, ikinci onluqda ticarət müharibəsi və onun gətirəcəyi qeyri-müəyyənliklər, o cümlədən bu prosesin şirkət xərclərinə təsiri yer alıb.

2020-də maliyy bazarları üçün risklər:

- Sərvət, gəlir və sağlamlıq sahəsində qeyri-bərabərliyin sürətli artımı

- ABŞ və Çin arasında ticarət müqaviləsinin bağlanmaması və onun gətirdiyi qeyri-müəyyənlik

- Ticarəi müharibəsi ilə bağlı qeyri-müəyyənliyin korporativ sərmayələlər qərarlarına təsirinin artması.

- Çin, Avropa və Japoniyda davam edən yavaş böyımənin ABŞ dollarının dəyər qazanmasını sürətləndirməsi.

- ABŞ prezidenti Trampın mümkün impiçmenti və hökumətin istefası

- ABŞ-dakı prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliklər, vergi tənzimləmələri və korporativ sərmayə xərcləri

- Şəxsi məlumatlara müdaxilə və bu sahədə tənzimlənmə

- Xarici investorların ABŞ-dakı prezident seçkilərindən sonra ABŞ-a yatırımları azaltması

- Modern Pullar nəzəriyyəsinə uyğun olaraq ABŞ və Avropada pul kütləsinin böyüməsi

- Uzunmüddətli dövrdə, ABŞ hökumətinin borc səviyyəsinin artıq ciddi məsələyə çevrilməsi

- Qısa müddətli kağızlarda tələb təklif nisbətinin pozulması və repo faizlərinin yüksəlməsi

- FED-ın ABŞ-dakı seçki ilində faizləri düşürmək istəməməsi

- Şirkətlərin mənfəətinin azalması

- Kiçilən beynəlxalq avtomobil sənayesinin beynəlxalq bazarlar və iqtisadiyyat üçün riskə çevrilməsi

- Avstraliya, Kanada və İsveçdə ev qiymətlərinin enməsi.

- Brexit qeyri-müəyyənliyinin davam etməsi

"Deutsche Bank" ekspertləri bildirir ki, risklərin sırasında yer alan sərvət qeyri-bərabərsizliyi mövzusu çox önəmlidir və iqtisadiyyat üçün yeni qərarlar gətirə bilər. Belə ki, ABŞ-da prezident seçkilərində demokratların hər iki namizədi Elizabet Uoren və Bern Sanders də sərvət fərqini bağlamaq üçün yeni əlavə vergilərin tətbiqinə çağırıblar.

"Deutsche Bank"ın baş iqtisadçısı, yuxarıdakı siyahının müəllifi Torsten Slok CNBC-yə bildirib ki, ticarət müharibəsi və impiçment kimi mövzular qısa müddətlidir və hətta bu il başa çatmadan da həll oluna bilər. Amma artan sərvət fərqi çox uzun çəkə bilən problemdir.