USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mastercard” a Çin bazarında işləmək icazəsi verildi - 27 trln. dollarlıq bazara giriş qazandı

13.02.2020 İqtisadiyyat
0 0
“Mastercard Inc” şirkətinə Çin bazarında işləmək icazəsi verilib. Qeyd edək ki, Çin bazarının həcmi 27 trilyon dollar təşkil edir.

"Mastercard" və onun Çin tərəfdaşı "NetsUnion Clearing Corp" klirinq biznesinə başlamaq üçün hazırlıqlar görürlər, bütün proseslər bir il ərzində başa çatacaq.

"Kommersant.az" xəbər verir ki, bu haqda Çin Xalq Bankı məlumat verib.

"Mastercard" Çin hökumətinin qərarını "həvəsləndirici" adlandıraraq, bu bazarın şirkət üçün vacib olduğunu qeyd etdi.

"Mastercard" və "Visa" uzun müddətdir ki, mobil ödənişlər bumu olduğu Çin bazarına çıxa bilməkdiləri üçün şikayət ediblər. 2018-ci ildə bu ölkənin mobil ödəmə bazarının həcmi 190 trilyon yuanı (27 trilyon dolları) ötmüşdür.

2019-cu ilin sentyabr ayının sonuna olan məlumata görə, Çində dövriyyədə olan bank kartlarının sayı 8,2 milyard olub, onların 90%-i debet kartlarının payına düşür.

Çin Xalq Bankının qərarı göstərir ki, Pekin xarici şirkətlərin maliyyə bazarlarına çıxışını sürətləndirmək barədə verdiyi vədləri uğurla yerinə yetirir. Bu ilin yanvar ayında ABŞ ilə imzalanan ticarət müqaviləsi çərçivəsində ÇXR səlahiyyətliləri "Mastercard", "Visa" və "American Express" (AmEx) daxil olmaqla elektron ödəmə xidmətləri təminatçılarının müraciətlərinə 90 gün ərzində baxacaqlarına söz veriblər.

  • Əvvəlki

    Mikayıl Cabbarova müavin təyin olunan Rövşən Nəcəf kimdir? - DOSYE

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0