USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar 7 lirəyə yaxınlaşdı

16.04.2020 İqtisadiyyat
0 0
Dünən 6.80 səviyyəsini aşaraq 2018-ci ilin Avqust ayından bəri ən yüksək səviyyəyə qalxan dollar/Türk Lirəsi məzənnəsi bugün 6.90 səviyyəsini də keçib.

"Kommersant.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da Dollar/Tl məzənnəsi 1,6% artıma 6,9229 səviyyəsində olub.

Analitiklər məzənnənin 7 psixoloji səviyyəsini də aşacağını gözləyirlər.

Qeyd edək ki, Dollar/TL məzənnəsi 2018-ci ilin Avqust ayında da 7 səviyyəsini keçmişdi.

Koronavirus pandemiyası Türk Lirəsi üzərində təzyiq yaradıb. Ölkdə iqtisadi fəaliyyətin dayanması məzənnəyə mənfi təsir edir.

Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitiklərinə görə, qlobal iqtisadiyyatın zəifləməsi, Türkiyənin ixrac potensialına mənfi təsir etməklə yanaşı, TCMB-nin faiz azaldılması siyasəti fonunda xarici investisiyaların azalması gözləntiləri lirəyə olan təzyiqləri daha da artırır. Dollar/Türk Lirəsi məzənnəsi hazırda 2018-ci ilin avqust ayının maksimumuna doğru bahalaşmaqdadır və bu, 7.10 lirə səviyyəsi ehtimallarını da artırır.

  • Əvvəlki

    Neft daha da ucuzlaşır

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0