USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Türkiyə faiz qərarını açıqlayacaq - DOLLAR 7 LİRƏYƏ YAXINLAŞIB

22.04.2020 İqtisadiyyat
0 0
Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq.

"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bankın faiz endirimlərinə mərhələli şəkildə davam edəcəyi gözlənilir.

Qlobal investisiya bankı JP Morgan Türkiyə Mərkəzi Bankının Lirənin dəyərdən düşməsini göz önünə alaraq təmkinli addım atacağını və faizi 0,25 bənd azaldacağını nəzərdə tutur.

Faizin 0.50 bənd endirimlə 9.25%-ə salınacağı proqnozları da verilib.

iDealData-nın sorğusuna qatılmış 12 təşkilatın orta proqnozu faizin 9.75% səviyyəsindən 9.25% səviyyəsinə endiriləcəyi istiqamətindədir.

Hesab olunur ki, qlobal mərkəzi bankların yumuşaq pul siyasətləri və tələbin azalması səbəbindən inflyasiya proqnozlarının aşağı istiqamətli dəyişməsi Türkiyə Mərkəzi Bankı tərəfindən bir faiz endirim fürsəti olaraq görüləcək.

Covid-19 epidemiyası ilə əlaqədar olaraq həm mərkəzi banakların, həm də hökumətlərin virusun iqtisadiyyatlara təsirini azaltmaq üçün tətbiq etdikləri təşviqlər bazarlarda likvidliyi artırıb, bu da Türkiyə Mərkəzi Bankını rahatlaşdıran vəziyyətdir. Yenə də makroiqtisadi vəziyyət və məzənnə tərəfi düşünüldüyündə Türkiyə Mərkəzi Bankının ən çox 0,50 bənd faiz endirimi edəcəyi gözlənilir.

Bakı vaxtı ilə saat 10:45-də Dollar/TL məzənnəsi 6.9767 səviyyəsində olub.