USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollarla bağlı vacib qərar verildi

30.04.2020 İqtisadiyyat
0 0
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə FED-in rəhbərliyin iclasında qərar verilib.

"Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli riskləri yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi", - deyə FED-dən bildirilib.

Xatırladaq ki, FED uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib. Tənzimləyicinin həmin vaxt yaydığı açıqlamada qeyd edilirdi ki, koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır.

  • Əvvəlki

    Moskvada koronavirusdan daha 65 nəfər dünyasını dəyişib

Digər xəbərlər