USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Nazirliyindən infilyasiya - PROQNOZU

20.06.2018 İqtisadiyyat
0 0
Rusiya Federasiyası Maliyyə Nazirliyinin İdarəetmə şöbəsinin müdiri Anton Siluanovun sözlərinə görə, 2023-cü ildə məcburi vergi ödəyiciləri qrupu ləğv ediləcək. O əlavə edib ki, 2018-ci ildə Rusiyada infilyasiya 3%, 2019-cu ildə isə 4-4,5% olacaq

"Kommersant" xəbər verir ki, Rusiya Dövlət Bankının rəhbəri Elvira Nabiullina isə Dövlət Dumasında bildirib ki, hazırki vəziyyətdə Rusiya Federasiyasında infilyasiya 2,5%-dir. Lakin 2019-cu ildə baş verə biləcək bəzi proseslər nəticəsində infilyasiya 4,5%-ə qalxsa da, sonradan 4%-ə enəcək.

Maliyyə Naziri qeyd edib ki, hazırda transfer qiymətlərinə nəzarət ciddiləşdirilir və məcburi vergi ödəyiciliyi ləğv edilir. Onun sözlərinə görə, bu proses 2023-cü ilə qədər tam olaraq həyata keçiriləcək.

Hazırda Rusiyada 15 vergi ödəyən qrup var: "Rosneft", "Severstal", "Qazprom", "Lukoil", "Novatek", "Mechel" və s.

Qeyd edək ki, bu sistem Rusiya Federasiyasında 2012-ci ildən tətbiq edilir.

  • Əvvəlki

    Dünya milyonerlərinin sərvəti açıqlandı - 70 TRİLYON DOLLAR

Digər xəbərlər