Gənc milyarderin sərvəti - 81 MİLYARD DOLLAR OLUB

09.07.2018 Maliyyə
M.Zukerberq milyarderlərin ümumi siyahısında Buffeti ötüb.

“Kommersant” xəbər verir ki, dünyanın ən zəngin insanlarının adları yer alan siyahıda “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq 3-cü yerə qalxıb. “Bloomberg”in təşkil etdiyi siyahıda Zukerberq Buffeti ötüb.

Belə ki, məlumata görə, Zukerberqin sərvəti 81,6 milyard dollar, Buffetin sərvəti isə 373 milyon dollardır. Qeyd edək ki, siyahının lideri “Amazon” şirkətinin rəhbəri 142 milyard dollar dəyərində sərvətə sahib Ceffri Bezos, ikincisi isə 94,2 milyard dollarla “Microsoft”un yaradıcısı Bill Qeytsdir.

Nəticələrdən də göründüyü kimi, dünyadakı ən varlıqlı 3 şəxsin hər biri, sərvətini müasir texnoloji yeniliyə borcludur.