"Kommersant.az" xəbər verir ki, Türkiyə prezidenti Erdoğan ABŞ-dan idxal olunan məhsulların bəzilərinə 100\100 vergi qoyulması qərarını imzalayıb.
Türkiyə mətbuatından verilən xəbərə görə, vergi tətbiq edilən məhsullar bunlardır:
Sərt qabıqlı meyvələr (təzə və ya qurudulmş olmasından asılı olmayaraq) 20%, düyü 50%, digər məhsullar 20%, spirtli içkilər, likör 140%, tütün məmulatları 60%, kağız və kardon 20% və s.
Qeyd edək ki, qərar Türkiyəyə idxal olunması qərarın qüvvəyə mindiyi vaxta qədər sənədləşdirilən, qərarın icrasına 45 gün qalmış vaxta qədər idxal olunan məhsullar istisna olmaqla bütün idxal mallarına şamil olunacaq.