Qarabağ Azərbaycandır!

Nazir işdən azad olundu

28.08.2018 Maliyyə
İranın İqtisadiyyat və Maliyyə naziri işindən azad olunub.

“Kommersant.az” xəbər verir ki, İranda milli valyutanın məzənnəsində kəskin azalma və iqtisadi vəziyyətin pisləşməsi parlamentin iqtisadiyyat və maliyyə nazirinin vəzifəsindən azad olunması ilə nəticələndi.

Belə ki, parlamentdə 137 nəfər Karbasianın əleyhinə səs verib. Qeyd edək ki, bu ölkədə son 2 ayda vəzifəsindən azad edilən 3-cü nazirdir.