Qarabağ Azərbaycandır!

Yeni “iPhone”lar gəlir

11.09.2018 Maliyyə
“Apple” yeni modellərini sabah təqdim edəcək.

“Kommersant.az” xəbər verir ki, “Apple” ənənəsinə sadiq qalaraq hər il olduğu kimi bu il də sentyabr ayında yeni modellərini müştərilərinin xidmətinə verəcək.

Modellərdən ən aşağı qiymətli “iPhone Xr” adlanacağı güman edilən modelin 6,1 düym LCD ekranı, A12 prosessoru və 3GB RAM-nın olması gözlənilir. Qeyd edək ki, sözügedən model məhdud sayda istehsal olunacaq.

“iPhone Xs”, “iPhone Xs Plus” adlanan digər modellərin isə 6,5 və 5,8 düym monitora sahib olacağı güman edilir.