2 günə 19 milyard dollar itirdi

01.11.2018 Maliyyə
"Amazon" rəhbəri 2 günə 19 milyard ABŞ dollarından da çox itirib.

"Kommersant.az" xəbər verir ki, buna səbəb şirkət səhmlərinin ucuzlaşması olub. Səhmlər 26 oktyabrda 7,8%, 29 oktyabrda isə 6,3% ucuzlaşıb. 2 günə 19,2 milyard dolların itirilməsi qısa zaman üçün rekord kimi dəyərləndirilib.

Qeyd edək ki, Cef Bezosun hazırda 128,1 milyard dollarlıq sərvəti var. Külli miqdarda pul itkisinə baxmayaraq şirkət rəhbəri "Bloomberg Billionaires Index"də (BBI) ilk pillədə qərarlaşıb.

İki günlük pul itkisi zamanı isə hazırki sırada Bezosu, "Facebook" rəhbəri Mark Zukerberq əvəz etmişdi. O, isə iyulda 16,5 milyard dollar ziyana düşmüşdü.