USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Turşu ixracında 151 milyonluq gəlir

02.11.2018 İqtisadiyyat
0 0
Türkiyə turşu ixracatından əldə etdiyi gəlirlə ilk yerdədir.

"Kommersant.az" xəbər verir ki, Türkiyə yanvar-sentyabr ayları ərzində 98 ölkəyə ixrac etdiyi turşudan 151 milyon dollar dəyərində qazanc əldə edib.

Verilən məlumata görə, turşu ixracında ilk yeri Almaniya tutur. Almaniya bu dönəmdə Türkiyədən 35 milyon dəyərində turşu alıb. Bu sıralamada növbəti yerlərdə 22,6 milyon dollarlıq ixracla ABŞ, 21,7 milyon dollarlıq ixracla isə Hollandiya durur.