USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropanın ən bahalı yolkası Münhendə quruldu - 2,3 milyon avro

04.12.2018 İqtisadiyyat
0 0
Avropanın ən bahalı yolka ağacı Münhendə qurulub. Trend-in məlumatına görə, bu bahalı yolkanı Almaniyanın qiymətli daşların satışı ilə məşğul olan "Pro Aurum" şirkəti hazırlayıb.

Məlumata görə, bu yolkanın dəyəri 2,3 milyon avro qiymətləndirilib.

Bildirilir ki, yolka ağacı piramida şəklində 2018 ədəd qızıl pulla bəzədilib və bunların ümumi çəkisi 63 kiloqram təşkil edir.

Qeyd edək ki, Avropanın bu bahalı yolkası "Pro Aurum" şirkətinin ofisində dekabrın 15-ə qədər qalacaq.