Yeni NAFTA sazişi nə vaxt qəbul ediləcək?

21.05.2018 Dünya
Yenidən müzakirə edilmiş Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) 2019-cu ildə qəbul edilə bilər

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin məlumat verib. “FoxNews”un yeni sazişin 2018-ci ildə qəbul edilib-edilməyəcəyi ilə bağlı sualını cavablandıran Mnuçin deyib:

“Prezident daha yaxşı müqavilənin imzalanmasında qərarlıdır, bu səbəblə də son tarix verilməyib. Biz sazişi bu Konqres, yaxud da yeni Konqresdən keçirə bilərik".

S.Mnuçin qeyd edib ki, baxmayaraq, indiki danışıqların səviyyəsi yeni müqavilə imzalanmasından çox uzaqdır, hər halda ABŞ hələ də müqavilə imzalamaq niyyətindədir.

Ötən həftənin cümə günü Kanadanın baş naziri Castin Tredü demişdi ki, ABŞ, Kanada və Meksikanın yenidən müzakirə edilmiş NAFTA sazişinin əldə edilməsinə çox yaxındır. Elə həmin gün Vaşinqton NAFTA danışıqlarında razılaşmaya yaxın olmadıqlarını açıqlamışdı.

Hazırki NAFTA sazişi 1994-cü ildən qüvvədədir. Tramp əgər daha yaxşı müqavilə imzalanmazsa tərəfləri sazişdən çıxacağı ilə hədələmişdi. ABŞ, Kanada və Meksika 2017-ci ildən bəri NAFTA-nı yeniləmək üçün danışıqlar aparır.